Yuxarı

FİFA prezidenti seçkisindən 2 ölkə kənarlaşdırılıb

Seçkiyə 2 milli assosiasiya qatılmayacaq

Bakı. 24 fevral. REPORT.AZ/ Fevralın 26-da keçiriləcək FİFA prezidenti seçkisinə qurumun 209 üzv assosiasiyasından 207-si iştirak edəcək. "Report"un məlumatına görə, bu barədə Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko açıqlama verib. 

O bildirib ki, 2 ölkə səsvermədən kənarlaşdırılıb. Bunlar Küveytlə İndoneziyadır. 

Qeyd edək ki, FİFA prezidenti vəzifəsi uğrunda 6 namizəd mübarizə aparacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi