Bakı. 26 yanvar. REPORT.AZ/ FİFA prezidenti postuna namizədlərin yekun siyahısı açıqlanıb.
"Report"un məlumatına görə, siyahıda 5 namizədin adı yer alıb.
Bunlar Şahzadə Əli bin əl Husseyn, Şeyx Salman bin İbrahim əl Xəlifə, Canni İnfantino, Tokyo Seksveyl və Jerom Şampandır.
Seçki fevralın 26-da İsveçrənin paytaxtı Sürixdə keçiriləcək. Səsvermədə FİFA-nın tərkibinə daxil olan 209 futbol federasiyası iştirak edəcək.