​FİFA prezidenti korrupsiya işi ilə bağlı ifadə verəcək

​FİFA prezidenti korrupsiya işi ilə bağlı ifadə verəcək Seçkinin 2015-ci ilin sonunda, ya da 2016-cı ilin əvvəlində keçiriləcəyi gözlənilir
Futbol
3 İyun , 2015 09:45
​FİFA prezidenti korrupsiya işi ilə bağlı ifadə verəcək

Bakı. 3 iyun. REPORT.AZ/ ABŞ prokurorluğu və Federal Təhqiqat Bürosu (FTB) tərəfindən FİFA-nın istefa vermiş prezidenti Yozef Blatterin fəaliyyətinin yoxlanılmasına başlanılıb.

"Report" xəbər verir ki, bu haqda ABŞ-ın ABC telekanalı məlumat yayıb.

FTB-nin təmsilçisi Y.Blatterə qarşı ittiham irəli sürülmədiyini, ancaq çoxlarının günahı onun üzərinə yıxmağa cəhd etdiyini də vurğulayıb.

İsveçrə prokurorluğunun nümayəndəsi isə FİFA prezidentinin korrupsiya işi ilə bağlı dindiriləcəyini bildirib.

Xatırladaq ki, ötən gün Yozef Blatter istefa verib. FİFA-da prezident seçkisinin 2015-ci ilin sonunda, ya da 2016-cı ilin əvvəlində keçiriləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi