Yuxarı

FİFA prezidenti Dünya Çempionatı-2022-nin Qətərdə keçiriləcəyinə zəmanət verib

2022-ci ildə Dünya Çempionatı Qətərdə keçiriləcək

Bakı. 30 noyabr. REPORT.AZ/ FİFA prezidenti Zepp Blatter Dünya Çempionatı 2022-nin Qətərdə keçiriləcəyinə zəmanət verib.

"Report" xəbər verir ki, o, 2022-ci ildə Dünya Çempionatının hər şeyə rəğmən Qətərdə keçiriləcəyini bildirib.

"2022-ci ildə Dünya Çempionatı Qətərdə keçiriləcək. Son vaxtlar deyilənlər, futbolda baş verən proseslərə aidiyyəti olmayan insanlar tərəfindən söylənmişdi. Çempionat ikinci dəfə Asiyada keçiriləcək. Yaponiya və Koreyada keçirilən Dünya Çempionatı böyük uğur idi", - deyə FİFA rəhbəri qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi