FİFA prezidenti DÇ-2018-də qadın hakimlərin təyinat almasını təklif edib

FİFA prezidenti DÇ-2018-də qadın hakimlərin təyinat almasını təklif edib Canni İnfantino: "FİFA bu məsələ üzərində işləyəcək"
Futbol
2 İyul , 2016 13:52
FİFA prezidenti DÇ-2018-də qadın hakimlərin təyinat almasını təklif edib

Bakı. 2 iyul. REPORT.AZ/ FİFA prezidenti Canni İnfantino 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında oyunların qadın hakimlər tərəfindən idarə olunmasını təklif edib.

"Report"un məlumatına görə, C.İnfantino rəhbərlik etdiyi qurumun bu təklif üzərində işləyəcəyini deyib: "Dünya çempionatı ilə bağlı təklifim var. Rusiyada keçiriləcək mundialda qadın hakimlərin oyun idarə etməsi çox cəlbedici olar. FİFA bu məsələ ilə bağlı işləyəcək. Nə edə biləcəyimizə baxmalıyıq. Bu çempionatın azarkeşlərin təhlükəsiz bayramı olması üçün hər şeyi etməliyik".

Qeyd edək ki, DÇ-2018-də oyunları qadın hakimlər idarə edərsə, bu, futbol tarixində ilk olacaq. İndiyədək kişilərin turnirin final mərhələsini qadın hakimlər idarə etməyib.

Son xəbərlər

Orphus sistemi