FİFA Pavel Paşayevin Azərbaycan millisində oynamasına razılıq verib

FİFA Pavel Paşayevin Azərbaycan millisində oynamasına razılıq verib "Metallurq"un futbolçusu artıq yığmada çıxış edə bilər
Futbol
21 May , 2015 21:23
FİFA Pavel Paşayevin Azərbaycan millisində oynamasına razılıq verib

Bakı. 21 May. REPORT.AZ/ Ukraynanın “Metallurq” (Zaporojye) klubunun əslən azərbaycanlı futbolçusu Pavel Paşayevin Azərbaycan milli komandasında oynamasına razılıq verilib. "Report"un məlumatına görə, bu barədə FIFA-nın Oyunçuların Statusu Komitəsinin AFFA-ya ünvanladığı müraciətdə bildirilir. 

Qərarda deyilir ki, assosiasiyanı dəyişməklə bağlı AFFA və Pavel Paşayevin FIFA-ya müraciəti təmin olunsun və futbolçu qərarı aldığı tarixdən etibarən Azərbaycan milli komandasında oynamaq hüququna sahibdir.

Qeyd edək ki, Pavel Paşayev bir müddət öncə AFFA-ya müraciət edərək Azərbaycan millisində oynamaq istədiyini bildirib. Bununla əlaqədar AFFA-nın sorğusuna cavab olaraq Ukrayna Futbol Federasiyası bildirib ki, təcrübəli müdafiəçi bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında çıxış etsə də, əsas komandada oynamayıb. AFFA isə onun müvafiq qaydalara uyğun olaraq Azərbaycan millisində çıxış etməsinə razılıq vermək üçün FIFA-ya müraciət ünvanlayıb. 

Son xəbərlər

Orphus sistemi