Yuxarı

FİFA-nın yeni prezidenti "Qarabağ"ı təbrik edib

Bu barədə AFFA prezidentinə ünvanlanmış məktubda bildirilir

Bakı. 10 may. REPORT.AZ/ FIFA-nın prezidenti Canni İnfantino Azərbaycan Premyer Liqasının qalibi "Qarabağ"ı təbrik edib. "Report"un məlumatına görə, bu barədə ali futbol qurumunun yeni rəhbərinin AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubda bildirilir. 

C.İnfantino dünya futbol ailəsi adından "Qarabağ"ı 2015/2016-cı il mövsümünün qalibi olması, Çempionlar Liqasına vəsiqə qazanması və gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib, daha böyük uğurlar arzulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi