FİFA-nın yeni prezidenti Azərbaycana ilk dəfə səfər edəcək

FİFA-nın yeni prezidenti Azərbaycana ilk dəfə səfər edəcək Canni İnfantino Bakıda FIFA İcraedici Futbol Sammitinə qatılacaq
Futbol
20 Noyabr , 2017 11:33
FİFA-nın yeni prezidenti Azərbaycana ilk dəfə səfər edəcək
Getty

Bakı. 20 noyabr. REPORT.AZ/ FIFA-nın yeni prezidenti Canni İnfantino ilk dəfə Azərbaycana səfər edəcək.

"Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, ali futbol qurumunun rəhbəri noyabrın 21-də Bakıda FIFA İcraedici Futbol Sammitinə qatılacaq. 

Tədbirdə FIFA-nın baş katibi Fatma Samura, Azərbaycana yaxın regionda yerləşən ölkələrin futbol federasiyalarının, həmçinin FIFA üzvü olan müxtəlif konfederasiyaların tərkibindəki milli assosiasiyaların rəhbər şəxsləri iştirak edəcəklər. 

Sammit iştirakçılarının siyahısına Əfqanıstan, Tacikistan, Türkmənistan, Benin, Çad, Cibuti, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Latviya, Moldova, Ukrayna və Rusiya futbol federasiyaları daxildir.

Son xəbərlər

Orphus sistemi