Bakı. 27 may. REPORT.AZ/ İsveçrənin paytaxtı Sürixdə FİFA-nın bir neçə yüksəkvəzifəli nümayəndələri həbs olunub. "Report"un "The New York Times"a istinadən verdiyi məlumata görə, rəsmilər ABŞ-ın korrupsiya ilə bağlı sorğusundan sonra saxlanılıb.
Son iki onilliklə bağlı keçirilən əməliyyatda təqsirləndirilən şəxlər arasında FİFA-nın İcraiyyə Komitəsinin vitse-prezidentləri Uebb Ceffri və Euxenio Fiqeredo və komitənin üzvü Cek Uornerin adları var. Ümumilikdə ali futbol qurumunun 10 üzvü haqda həbs qərarı verildiyi bildirilir.
Qeyd edək ki, mayın 29-da Sürixdə FİFA-ya yeni prezident seçkiləri keçiriləcək. Qurumun hazırkı rəhbəri 79 yaşlı Yozef Blatter 1998-ci ildən FİFA-ya başçılıq edir.