FİFA-nın üç məmuru futboldan ömürlük uzaqlaşdırılıb

FİFA-nın üç məmuru futboldan ömürlük uzaqlaşdırılıb Bakı. 19 sentyabr. REPORT.AZ/ FİFA üç vəzifəli şəxsi ömürlük futbol fəaliyyətindən kənarlaşdırılıb.
Futbol
19 Sentyabr , 2018 21:15
FİFA-nın üç məmuru futboldan ömürlük uzaqlaşdırılıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ FİFA üç vəzifəli şəxsi ömürlük futbol fəaliyyətindən kənarlaşdırılıb. 

“Report” FİFA-nın Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu qərar qurumda korrupsiyaya dair araşdırmalar nəticəsində verilib. 

Qərara əsasən, Şimali Amerika Futbol Liqası Direktorlar Şurasının keçmiş sədri Aaron Davidson, Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Ölkələri Konfederasiyasının (CONCACAF) keçmiş attaşesi Kostas Takkas, sabiq idman marketinqi məsləhətçisi Migel Truxilyo bir daha futbol fəaliyyəti ilə məşğul ola bilməyəcəklər. 

Eyni zamanda onlar 1 milyon İsveçrə frankı məbləğində cərimələniblər. 

Qeyd edək ki, hər üç şəxs FİFA-da da təmsil olunurlarmış. 

Son xəbərlər

Orphus sistemi