Bakı. 11 yanvar. REPORT.AZ/ FİFA-nın İsveçrənin Sürix şəhərində təşkil etdiyi 2016-cı ilin ən yaxşılarının mükafatlandırılması mərasimindən əvvəl oğurluq hadisəsi baş verib.
"Report"un "Daily Mail"ə istinadən verdiyi məlumata görə, qaliblərə təqdim edilmək üçün hazırlanan saatlardan 6-sı oğurlanıb.
Yerli polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Saatların FİFA-nın inzibatı binasından "Sürix TV"nin studiyasına gedərkən yoxa çıxdığı bildirilir.
Qeyd edək ki, "Hublot Big Bang" saatlarının birinin dəyəri təqribən 12 min avrodur.