FİFA İcraiyyə komitəsinin keçmiş üzvü rüşvət aldığını etiraf edib

FİFA İcraiyyə komitəsinin keçmiş üzvü rüşvət aldığını etiraf edib Bleyzer 2010-cu ildə dünya çempionatının Cənubi Afrika Respublikasında keçirilməsini dəstəklədiyi üçün rüşvət aldığını bildirib
Futbol
4 İyun , 2015 07:35
FİFA İcraiyyə komitəsinin keçmiş üzvü rüşvət aldığını etiraf edib

Bakı. 4 İyun. REPORT.AZ/ FİFA İcraiyyə komitəsinin keçmiş üzvü Çak Bleyzer dünya çempionatlarına ev sahibliyi edəcək ölkələrin seçilməsi zamanı rüşvət aldığını etiraf edib.

"Report" TASS-a istinadən xəbər verir ki, Ç.Bleyzer 2010-cu ildə dünya çempionatının Cənubi Afrika Respublikasında keçirilməsini dəstəklədiyi üçün də rüşvət aldığını bildirib.

“Mən və FİFA-nın icraiyyə komitəsinin digər üzvləri Cənubi Afrika Respublikasının 2010-cu ildə dünya çempionatının ev sahibi seçilməsi üçün rüşvət almağa razılaşmışdıq”, - deyə Ç.Bleyzer qeyd edib.

Son xəbərlər

Orphus sistemi