FİFA-nın İspaniya klublarına qoyduğu transfer qadağası götürülüb

FİFA-nın İspaniya klublarına qoyduğu transfer qadağası götürülüb Paytaxt təmsilçiləri 2016-cı ilin yayında yeni oyunçuları qeydiyyata sala bilərlər
Futbol
30 Yanvar , 2016 00:32
FİFA-nın İspaniya klublarına qoyduğu transfer qadağası götürülüb

Bakı. 30 yanvar. REPORT.AZ/ FİFA İspaniyanın "Real Madrid" və "Atletiko" klublarına qarşı sanksiyaları dayandırıb. "Report"un məlumatına görə, paytaxt təmsilçiləri 2016-cı ilin yayında yeni oyunçuları qeydiyyata sala bilərlər.

Ali futbol qurumu bu qərarı belə əsaslandırıb: "Klublar transfer fəaliyyətinə qoyulan qadağadan apellyasiya veriblər. Apellyasiya Komitəsi şikayətə baxmamış cəza qüvvəyə minə bilməz. Bu cür hallarda araşdırmalara bir ilədək vaxt gedə bilər. Ona görə də sanksiyalar 2017-ci ilin yayından tez qoyulmayacaq".

Qeyd edək ki, FİFA "Atletiko" və "Real Madrid"in 2 transfer dövründə (2016-cı il yay və qış) yeni oyunçuları qeydiyyatdan keçirmələrinə qadağanı yanvarın ortalarında qoyub. Səbəb kimi yetkinlik yaşına çatmayan oyunçuların qeydiyyatı zamanı qaydaların pozulması göstərilib. Paytaxt təmsilçilərinə hazırkı "pəncərə" bağlananadək transferlər etmə icazəsi verilib.

Son xəbərlər

Orphus sistemi