FİFA-nın ən yaxşı futbolçu və məşqçi seçimində Azərbaycandan verilən səslərin ünvanları müəyyənləşib

FİFA-nın ən yaxşı futbolçu və məşqçi seçimində Azərbaycandan verilən səslərin ünvanları müəyyənləşib Millinin kapitanı Rəşad Sadıqov hər iki seçimində uğurlu olub
Futbol
24 Oktyabr , 2017 04:13
FİFA-nın ən yaxşı futbolçu və məşqçi seçimində Azərbaycandan verilən səslərin ünvanları müəyyənləşib

Bakı. 24 oktyabr. REPORT.AZ/ İngiltərənin paytaxtı Londonda FİFA tərəfindən təqdim olunan "The Best" mükafatlarına namizədlərin səsverməsində iştirak edənlərin siyahısı və onların seçimləri açıqlanıb.

"Report"un məlumatına görə, ən yaxşı kişi və qadın futbolçu ilə baş məşqçinin seçiminə milli komandaların kapitanları, baş məşqçilər və media nümayəndələri qatılıblar.

Səsvermədə "Qarabağ"ın 2 futbolçusu - Rəşad Sadıqovla Ansi Aqolli Azərbaycan və Albaniya millilərinin kapitanları qismində mövqe ortaya qoyublar. Hər iki oyunçu Kriştianu Ronaldunu ilin futbolçusu, Zinəddin Zidanı ilin baş məşqçisi hesab edib. Sonda Ronaldu və Zidan müvafiq nominasiyada qalib olub.

Media nümayəndəsi Rasim Mövsümov da ən yaxşı oyunçunu düzgün müəyyənləşdirib.

Millinin baş məşqçisi Robert Prosineçki isə ilin futbolçusu seçimində yanılıb. O, Lionel Messini birinci göstərib. Üstəlik, Prosineçki üçüncü pillədə xorvat həmyerlisi Luka Modriçin adını çəkib.

Qadın futbolçu və baş məşqçinin seçimində Azərbaycan yığmasının kapitanı Sevinc Cəfərzadə, baş məşqçi Vüqar Əsgərli və media nümayəndəsi Lalə Dəmirova iştirak edib. Cəfərzadə və Əsgərli Dəmirovadan fərqli olaraq, ən yaxşı futbolçunu düzgün müəyyənləşdirib. Ən yaxşı baş məşqçi seçimində isə Cəfərzadə dəqiq olub.

Qaydalara əsasən, onlar hər bir nominasiya üzrə 3 şəxsin adını açıqlayıblar. İlk yerə 5, ikinci yerə 3, üçüncü yerə isə 1 xal verilib.

Ən yaxşı futbolçu (kişi)

Rəşad Sadıqov (kapitan): Kriştianu Ronaldu, Neymar, Lionel Messi

Robert Prosineçki (baş məşqçi): Lionel Messi, Kriştianu Ronaldu, Luka Modriç

Rasim Mövsümov (media): Kriştianu Ronaldu, Serxio Ramos, Canluici Buffon

Ansi Aqolli (kapitan, Albaniya): Kriştianu Ronaldu, Lionel Messi, Canluici Buffon

Ən yaxşı futbolçu (qadın)

Sevinc Cəfərzadə (kapitan): Like Martens, Pernille Harder, Codi Teylor

Vüqar Əsgərli (baş məşqçi): Like Martens, Codi Teylor, Pernille Harder

Lalə Dəmirova (media): Karli Lloyd, Cenifer Marojan, Pernille Harder

Ən yaxşı baş məşqçi (kişi)

Rəşad Sadıqov: Zinəddin Zidan, Massimiliano Alleqri, Antonio Konte

Robert Prosineçki: Zinəddin Zidan, Antonio Konte, Leonardo Jardim

Rasim Mövsümov: Zinəddin Zidan, Leonardo Jardim, Massimiliano Alleqri

Ansi Aqolli: Zinəddin Zidan, Massimilano Alleqri, Maurisio Pokettino

Ən yaxşı baş məşqçi (qadın)

Sevinc Cəfərzadə: Sarina Viqman, Nils Nilsen, Emma Hayes

Vüqar Əsgərli: Xavi Lyorens, Ralf Kellermann, Nils Nilsen

Lalə Dəmirova: Jerar Preşö, Olivyö Eşuafni, Xavi Lyorens

Qeyd edək ki, səsvermədə ən yaxşı kişi futbolçulardan Kriştianu Ronaldu 43,16 faiz, Lionel Messi 19,25 faiz, Neymar 6,97 faiz səs, qadınların seçimində Like Martens 21,72 faiz, Karli Lloyd 16,28 faiz, Deyna Kastelyanos 11,69 faiz səs toplayıb.

Ən yaxşı kişi baş məşqçisi kimi Zinəddin Zidan 46,22 faiz, Antonio Konte 11,62 faiz, Massimiliano Alleqri 8,78 faiz səsə yiyələnib. Ən yaxşı qadın baş məşqçilərə gəldikdə, Sarina Viqman 36,24 faiz, Nils Nilsen 12,64 faiz, Jerar Preşö isə 9,37 faiz səs qazanıb.

Son xəbərlər

Orphus sistemi