FİFA Dünya kubokunun dizayneri vəfat edib

FİFA Dünya kubokunun dizayneri vəfat edib Silvio Qassanya 95 yaşında dünyasını dəyişib
Futbol
1 Noyabr , 2016 00:48
FİFA Dünya kubokunun dizayneri vəfat edib

Bakı. 1 noyabr. REPORT.AZ/ İtaliyanın Milan şəhərindən olan və FİFA-nın Dünya kubokunun dizaynını hazırlayan heykəltəraş və zərgər Silvio Qassanya 95 yaşında dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri yazıb.

Dünya kuboku 1974-cü ildən futbol üzrə dünya çempionu olan komandaya verilir.

Onun əl işləri arasında UEFA kuboku və Avropa superkuboku da var.

Son xəbərlər

Orphus sistemi