​FİFA-nın baş katibi vəzifəsindən kənarlaşdırılıb

​FİFA-nın baş katibi vəzifəsindən kənarlaşdırılıb Valke DÇ biletlərinin yüksək qiymətə satılması sxemində iştirakda şübhəli bilinir
Futbol
18 Sentyabr , 2015 04:22
​FİFA-nın baş katibi vəzifəsindən kənarlaşdırılıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Beynəlxalq Futbol Federasiyasının (FİFA) baş katibi Jerom Valke xüsusi xəbərdarlıq olunanadək vəzifəsindən kənarlaşdırılıb.

"Report" xəbər verir ki, qurumun Etika Komitəsi tərəfindən onun barəsində rəsmi araşdırma başladılıb.

"FİFA baş katib ilə bağlı bəzi şübhələr barədə məlumatlandırılıb", — deyə qurumun yaydığı pres-relizdə bildirilir.

"The Guardian"ın yazdığına görə, Valke Dünya çempionatı biletlərinin yüksək qiymətə satılması sxemində iştirakda şübhəli bilinir. Guya idman məmuru bu əməliyyatdan iki milyon dollar vəsait əldə edib.

Hazırda Valke məzuniyyətə göndərilib. O bu vəzifəyə 2007-ci ildə seçilmişdi.

Valkenin vəzifələrini Markus Katner icra edəcək.

Son xəbərlər

Orphus sistemi