Yuxarı

​FİFA-nın baş katibi vəzifəsindən azad edilib

Bu vəzifəni Markus Kattner icra edəcək

Bakı. 13 yanvar. REPORT.AZ/ FİFA-nın baş katibi Jerom Valke vəzifəsindən azad edilib. "Report"un ali futbol qurumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə FİFA-nın Fövqəladə Komitəsi qərar qəbul edib.

Qərar dərhal qüvvəyə minib. Artıq funksionerlə olan əmək müqaviləsi ləğv edilib. Bundan sonra baş katib vəzifəsini Markus Kattner icra edəcək.

Qeyd edək ki, ötən ilin sentyabrında FİFA-dakı rüşvət qalmaqalı ilə əlaqədar Jerom Valke baş katib vəzifəsindən müvəqqəti olaraq uzaqlaşdırılıb. Oktyabrda isə Etika Komitəsinin qərarına əsasən sonradan 45 gün müddətinə də uzadılmasının mümkünlüyü şərti ilə baş katibi tutduğu vəzifədən 90 gün müddətinə kənarlaşdırılıb. Yanvarın 7-də isə qurumun Etika Komitəsinin Arbitraj Palatası tərəfindən funksionerə qarşı iş açılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi