FİFA-nın 2017-ci ildə gəlirləri planlaşdırılandan 300 milyon dollar çox olub

FİFA-nın 2017-ci ildə gəlirləri planlaşdırılandan 300 milyon dollar çox olub Xərclər isə ciddi nəzarət tədbirləri sayəsində azaldılıb
Futbol
17 Mart , 2018 09:43
FİFA-nın 2017-ci ildə gəlirləri planlaşdırılandan 300 milyon dollar çox olub

Bakı. 17 mart. REPORT.AZ/ FİFA-nın 2017-ci ildə gəlirləri planlaşdırılandan 300 milyon dollar çox olub.

"Report"un məlumatına görə, bu barədə ali futbol qurumunun maliyyə hesabatında bildirilir.

Rəsmi sənəddə FİFA-nın maliyyə baxımından daha uğurlu ili arxada qoyduğu vurğulanıb. Təşkilatın gəlirlərini oyunların yayım və marketinq hüquqlarının satışı hesabına artırmaq mümkün olub. Eyni zamanda xərclər ciddi nəzarət tədbirləri sayəsində azaldılıb.

O da bildirilir ki, təşkilatın 2015 - 2018-ci illərdə planlaşdırılan 5,656 milyard dollardan 5,555 milyard dolları əldə etməsi üçün müqavilələr artıq bağlanılıb. Lakin qurum hesab edir ki, bu il Rusiyada keçiriləcək dünya çempionatının planlaşdırılandan 100 milyon dollardan çox qazanc gətirəcəyini də nəzərə almaq lazımdır. 

Son xəbərlər

Orphus sistemi