​FİFA-nın 2 vitse-prezidenti 90 gün müddətinə vəzifələrindən kənarlaşdırılıblar

​FİFA-nın 2 vitse-prezidenti 90 gün müddətinə vəzifələrindən kənarlaşdırılıblar Buna səbəb kimi dünən ABŞ-ın Ədliyyə Nazirliyi tərəfindən FİFA-nın 16 vəzifəli şəxsi barədə çıxardığı ittiham göstərilir
Futbol
4 Dekabr , 2015 20:05
​FİFA-nın 2 vitse-prezidenti 90 gün müddətinə vəzifələrindən kənarlaşdırılıblar

Bakı. 4 dekabr. REPORT.AZ/ FİFA-nın Etika komitəsinin Arbitraj Palatası qurumun iki vitse-prezidenti, İcraiyyə Komitəsinin üzvləri - honduraslı Alfred Havitanı və paraqvaylı Xuan Anxel Napoutu 90 gün müddətinə vəzifələrindən kənarlaşdırıb.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, buna səbəb kimi dünən ABŞ-ın Ədliyyə Nazirliyi tərəfindən FİFA-nın 16 vəzifəli şəxsi, o cümlədən Havita və Napout barədə çıxardığı ittiham göstərilir.

Məmurlar dekabrın 3-də Sürixdə FİFA-nın İcraiyyə Komitəsinin keçirdiyi iclasda həbs ediliblər. 

Son xəbərlər

Orphus sistemi