FİFA: Mutkonun qərarı DÇ-2018-in keçirilməsinə təsir etməyəcək

FİFA: Mutkonun qərarı DÇ-2018-in keçirilməsinə təsir etməyəcək Bakı. 26 dekabr. REPORT.AZ/ FİFA hesab edir ki, Vitali Mutkonun Rusiya Futbol Federasiyasının (RFF) rəhbəri postunda fəaliyyətini dayandırmaq qərarı Rusiyada futbol üzrə dünya çempionatı – 2018-in keçirilməsinə öz təsirini göstərməyəcək.
Futbol
26 Dekabr , 2017 01:46
FİFA: Mutkonun qərarı DÇ-2018-in keçirilməsinə təsir etməyəcək

Bakı. 26 dekabr. REPORT.AZ/ FİFA hesab edir ki, Vitali Mutkonun Rusiya Futbol Federasiyasının (RFF) rəhbəri postunda fəaliyyətini dayandırmaq qərarı Rusiyada futbol üzrə dünya çempionatı – 2018-in keçirilməsinə öz təsirini göstərməyəcək.

“Report” "R-Sport"а istinadən xəbər verir ki, bu barədə FİFA-nın bəyanatında bildirilir.

"Mutkonun qərarı gələn il futbol üzrə dünya çempionatının təşkilinə heç bir təsir göstərməyəcək. FİFA, Rusiya hökuməti, RFF və Təşkilat Komitəsi futbol üzrə dünya çempionatına hazırlıq işlərində məhsuldar əməkdaşlığı plan üzrə davam etdirir. Yaxın günlərdə FİFA bütün tərəflərlə Təşkilat Komitəsi ilə bağlı gələcək addımları müzakirə edəcək və razılaşdıracaq", — deyə "R-Sport" FİFA-nin bəyanatını sitat gətirib.

Son xəbərlər

Orphus sistemi