​FİFA əfsanəvi futbolçunu cərimələyib - YENİLƏNİB

​FİFA əfsanəvi futbolçunu cərimələyib - YENİLƏNİB Sabiq almaniyalı 7 min İsveçrə frankı ödəyəcək
Futbol
17 Fevral , 2016 19:01
​FİFA əfsanəvi futbolçunu cərimələyib - YENİLƏNİB

İlk xəbər 18:28-də verilib

Bakı. 17 fevral. REPORT.AZ/ FİFA-nın Etika Komitəsi Almaniya və dünya futbolunun əfsanəsi Frants Bekkenbaueri cərimələyib. "Report"un məlumatına görə, bu barədə ali futbol qurumunun mətbuat xidməti açıqlama yayıb.

Bildirilir ki, 71 yaşlı sabiq futbolçu 7 min İsveçrə frankı cərimələnib. Buna səbəb Bekkenbauerin Etika Komitəsinin Nizamnaməsinin 42-ci maddəsinə əsasən əməkdaşlıq öhdəliyini pozmasıdır. Sabiq futbolçu komitə tərəfindən aparılan araşdırmalara futbol rəsmisi kimi davranışı ilə dəstək vermədiyi üçün cərimələnib. Bu isə Komitənin Nizamnaməsinin 13-cü maddəsinin pozulması deməkdir.

Qeyd edək ki, 2006-cı il dünya çempionatının Almaniyada keçirilməsi ilə bağlı aparılan istintaqda Bekkenbauerin məsələylə heç bir əlaqəsi olmadığı bildirilib.

Son xəbərlər

Orphus sistemi