İspaniyanın "Barselona" komandasının argentinalı hücumçusu Lionel Messi FİFA tərəfindən "İlin ən yaxşı futbolçusu" elan edilib.
"Report" xəbər verir ki, mükafatlandırma mərasimi Milanda keçirilib.
İlin ən yaxşı futbolçusu adına həmçinin "Yuventus"un portuqaliyalı hücumçu Kriştianu Ronaldu və "Liverpul"un müdafiəçisi Vircil van Deyk namizəd olublar.