Yuxarı

​Kriştianu Ronaldu üçüncü dəfə "Qızıl top"un sahibi olub

Təqdimetmə mərasimi FİFA-nin Sürixdə keçirilən tədbirində baş tutub

Bakı. 12 yanvar. REPORT.AZ/ Portuqaliya millisi və Madridin "Real" klubunun futbolçusu Kriştianu Ronaldu 2014-cü ilin ən yaxşı futbolçusu adına layiq görülüb və karyerasında üçüncü dəfə "Qızıl top" mükafatına sahib çıxıb.

"Report" xəbər verir ki, təqdimetmə mərasimi Beynəlxalq Futbol Federasiyasının (FİFA) Sürixdə keçirilən tədbirində baş tutub.

O, bunadək 2008 və 2013-cü illərdə sözügedən mükafata layiq görülüb.

Bu ada eyni zamanda Münhenin "Bavariya" klubunun qapıçısı Manuel Noyer və "Barselona"nın hücumçsu Lionel Messi idda edirdi.

Futbolçu 2014-cü ildə "Real"ın heyətində Çempionlar Liqası, UEFA Super Kuboku, Dünya Klub Çempionatı və İspaniya Kubokunun qalibi olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi