Yuxarı

FİFA iki dünya çempionatına ev sahibliyi hüququnun pulla alındığını etiraf edib

Ali futbol qurumu rüşvətxorların adlarını açıqlayıb

Bakı. 16 mart. REPORT.AZ/ FİFA 1998 və 2010-cu il dünya çempionatlarının ev sahibinin seçimi zamanı səslərin pulla alınma faktını təsdiqləyib. "Report"un məlumatına görə, bu barədə ali futbol qurumunun açıqladığı sənəddə bildirilir. 

Həmin sənəd FİFA-dakı korrupsiya faktı ilə bağlı araşdırma aparan ABŞ hökumətinə göndərilib. Bildirilir ki, korrusiya və fırıldaqçılıq əməllərində təşkilatın sabiq vitse-prezidenti Cek Uorner, onun oğlu Daryan Uorner, İcraiyyə Komitəsinin keçmiş üzvü Çak Bleyzer və digər şəxslər iştirak edib.

Qeyd edək ki, DÇ-1998 Fransada, DÇ-2010 isə CAR-da təşkil olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi