FİFA İsveç Futbol Federasiyasını cəzalandıracaq

FİFA İsveç Futbol Federasiyasını cəzalandıracaq Oyun 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb
Futbol
1 Aprel , 2015 10:57
FİFA İsveç Futbol Federasiyasını cəzalandıracaq

Bakı. 1 aprel. REPORT.AZ/ FİFA İsveç Futbol Federasiyasını İranla keçirilən oyunda baş verənlərə görə cəzalandıracaq.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" Agentliyi məlumat yayıb.

İsveçin "Friends Arena" stadionunda keçirilən yoldaşlıq oyununda 35 min tamaşaçının 25 minə yaxını qonaq İran komandasının tərəfdarı olub. İranlı azarkeşlər oyun zamanı 1979-cu il inqilabına qədər mövcud olmuş İran bayrağını qaldırıblar. Bütün oyun boyu onlar İran hakimiyyətinə qarşı çeşidli şüarlar səsləndiriblər.

Məlumatda bildirilib ki, tamaşaçıların siyasi hərəkətinə görə FİFA İsveç Futbol Federasiyasını cəzalandıracağı istisana edilmir.

Xatırladaq ki, oyun 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Son xəbərlər

Orphus sistemi