Yuxarı

FİFA futbolda 4-cü əvəzetmənin tətbiq olunmasını təsdiqləyib

Hakim futbolçular tərəfindən təhqirə məruz qalsa, birbaşa penalti təyin edə biləcək

Bakı. 4 iyun. REPORT.AZ/ Amerika Kubokunun təşkilatçıları final oyunu üçün yeni qaydalar tərtib edib. 

"Report"un məlumatına görə, qaydalar 2016/2017 mövsümü üçün nəzərdə tutulsa da, final oyununda sınaqdan keçiriləcək.

Yeni qaydalara əsasən, komandalara 4-cü futbolçunu əvəzetməyə icazə veriləcək. Üstəlik, oyunun əsas vaxtı heç-heçə bitərsə, komandalar əlavə vaxtda qalibi müəyyənləşdirməyə çalışacaqlar. Ən əsas məqam isə hakimlərlər bağlıdır. Referilər futbolçular tərəfindən təhqir edilərsə, birbaşa penalti təyin etmək hüququna malik olacaqlar.

FİFA yeni mövsüm üçün 4-cü əvəzetmə və əlavə vaxt olmasını təsdiqləyib. Reqlamentə əsasən, 1/4 və yarımfinal mərhələlərində oyun bərabərə bitərsə, komandalar birbaşa penalti zərbələrinə keçid alır. Üstəlik, 1/4 finalda çıxış edəcək komandada futbolçuların bu mərhələyədək aldığı sarı vərəqələr də ləğv olunacaq.

Qeyd edək ki, Amerika Kubokunda 16 ölkə 4 qrupda mübarizə aparır. Final oyunu iyunun 26-da keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi