FİFA Etika Komitəsi qurumun vitse-prezidentini cərimələyib

FİFA Etika Komitəsi qurumun vitse-prezidentini cərimələyib Vilyara xəbərdarlıq edilib, cərimənin məbləği isə 25 min İsveçrə frankı təşkil edir
Futbol
13 Noyabr , 2015 16:23
FİFA Etika Komitəsi qurumun vitse-prezidentini cərimələyib

Bakı. 13 noyabr. REPORT.AZ/ Beynəlxalq Futbol Federasiyasının (FİFA) Etika Komitəsi qurumun vitse-prezidenti, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) birinci vitse-prezidenti Anxel Mariya Vilyarı cərimələyib və ona xəbərdarlıq edib.

"Report" xəbər verir ki, bu barədə məlumatı FİFA-nın mətbuat xidməti verib.

Qeyd edək ki, Vilyar ilk əvvəl 2018-ci ildə Rusiya və 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatlarının ev sahibliyi hüququnun verilməsi ilə bağlı araşdırmaya yardım etməyəcəyini söyləmişdi, ancaq sonradan mövqeyini dəyişmişdi. İspaniyalı futbol funksionerinin 25 min İsveçrə frankı məbləğində cərimələndiyini də qeyd edək.

Son xəbərlər

Orphus sistemi