Yuxarı

FİFA Etika Komitəsi Blatter və Platini işi ilə bağlı hesabatı Arbitraj Palatasına göndərib

FİFA Etika Komitəsi qurum prezidenti Yozef Blatter və UEFA rəhbəri Mişel Platini ilə bağlı araşdırmalarını bitirib

Bakı. 21 noyabr. REPORT.AZ/ FİFA Etika Komitəsi qurum prezidenti Yozef Blatter və UEFA rəhbəri Mişel Platini ilə bağlı araşdırmalarını bitirib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, artıq işlə bağlı yekun hesabat FİFA Arbitraj Palatasına göndərilib.

Məlumatların məxfiliyinə və təqsirsizlik prezumpsiyası prinsipinə görə, Arbitraj Palatası hesabatın detalları və Blatterlə Platiniyə qarşı təklif olunan sanksiyalar barədə xəbər verməyəcək.

Xatırladaq ki, İsveçrə Federal Ədliyyə Bürosu sentyabrın 25-də 2011-ci ildə qanunsuz olaraq iki milyon İsveçrə frankı məbləğində vəsaiti Platininin hesabına köçürməkdə şübhəli bilinən Blatterə qarşı iş açıb. Vəsait Platinin guya 1999-2002-ci illərdəki işinə görə olub. Fransız futbol funksioneri isə ödənişin qanunauyğun şəkildə olduğunu bildirib.

Oktyabrın əvvəlində isə FIFA Etika Komitəsi Blatteri, təşkilatın baş katibi (əvvəlcədən vəzifəsindən uzaqlaşdırılmış) Jerom Valkeni və Platini futbolla bağlı istənilən fəaliyyətdən 90 günlüyünə uzaqlaşdırmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi