FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb

FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb Azərbaycan millisi bir pillə irəliləyib
Futbol
9 Fevral , 2017 13:01
FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb

Bakı. 9 fevral. REPORT.AZ/ FİFA yığma komandaların növbəti reytinq siyahısını açıqlayıb. "Report"un məlumatına görə, Azərbaycan millisi ötən ayla müqayisədə bir pillə irəliləyib. 

Robert Prosineçkinin baş məşqçi olduğu komanda hazırda 388 xalla 89-cu yerdədir. 

2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərə gəldikdə, Almaniya 1433 xalla 3-cüdür. Hər ikisi 3 pillə geriləyən Şimali İrlandiya 772 xalla 35-ci, Çexiya 669 xalla 46-cı sıradadır. San Marino 17 xalla 202-ci pillədə qalıb. 426 xalla 3 pillə irəliləyən Norveç isə 81-cidir. Siyahıda Argentina 1634 xalla 1-ci, Braziliya 1544 xalla 2-cidir. 

Azərbaycan millisi ilə martın 9-da yoldaşlıq görüşü keçirəcək Qətər 418 xalla 85-ci, Türkiyə isə 857 xalla 24-cü pillədə qalıb.  

Qeyd edək ki, növbəti reytinq siyahısı martın 9-da açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi