FİFA dünya çempionatı iştirakçılarının sayının artırılmasına qərar verib

FİFA dünya çempionatı iştirakçılarının sayının artırılmasına qərar verib Yeni format 2026-cı ildən qüvvəyə minəcək
Futbol
10 Yanvar , 2017 14:02
FİFA dünya çempionatı iştirakçılarının sayının artırılmasına qərar verib

Bakı. 10 yanvar. REPORT.AZ/ FİFA Şurası dünya çempionatının final mərhələsində iştirak edəcək komandaların sayının 32-dən 48-ə çatdırıldığını təsdiqləyib. 

"Report"un məlumatına görə, bu barədə Şuranın İsveçrənin Sürix şəhərindəki iclasında qərar verilib. Yeni format 2026-cı ildən qüvvəyə minəcək. Qərara əsasən, 48 komanda 16 qrupda mübarizə aparacaq. Hər qrupda 3 yığma yer alacaq. Detallı açıqlama isə iclasda müzakirə olunacaq. 

Qeyd edək ki, Şura üzvləri say artımına yekdilliklə səs veriblər. 

Son xəbərlər

Orphus sistemi