Bakı. 23 sentyabr. REPORT.AZ/ FİFA öz rəsmi saytında Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının talismanının seçimi ilə bağlı səhifə açıb.
"Report" xəbər verir ki, talisman adına namizəd personajlar arasında pişik, pələng və canavar var.
Üç finalçı personajın təqdimatı sentyabrın 23-də keçiriləcək. Tədbir ümumrusiya səsverməsinə də start verəcək və oktyabrın 21-də qalib - turnirin rəsmi talismanı seçiləcək.
DÇ-2018-in oyunları iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərinin 12 stadionunda keçiriləcək.