Yuxarı

​FİFA-nın yeni prezidentinin seçiləcəyi gün məlum olub

Seçki bu il dekabrın 16-da İsveçrənin Sürix şəhərində baş tutacaq

Bakı. 10 iyun. REPORT.AZ/ FİFA-da prezident seçkisi bu il dekabrın 16-da İsveçrənin Sürix şəhərində keçiriləcək.

"Report" xəbər verir ki, bu haqda BBC-i məlumat yayıb.

Xəbərə görə, yeni prezident seçkisində təşkilatın 209 üzvü iştirak edəcək. 

Qeyd edək ki, bu il iyunun 2-də beşinci dəfə FİFA prezidenti seçilən Yozef Blatter istefa verib. İstefaya səbəb FİFA-da yaşanan rüşvət və korrupsiya qalmaqalı olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi