FİFA-da korrupsiya ilə bağlı iş üzrə həbs olunan məmurlar vəzifələrindən azad edilib

FİFA-da korrupsiya ilə bağlı iş üzrə həbs olunan məmurlar vəzifələrindən azad edilib İki məmur təşkilatın vitse-prezidenti postundan azad edilib
Futbol
30 May , 2015 17:19
FİFA-da korrupsiya ilə bağlı iş üzrə həbs olunan məmurlar vəzifələrindən azad edilib

Bakı. 30 may. REPORT.AZ/ Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasında (FİFA) korrupsiya ilə bağlı iş üzrə həbs olunan iki məmur vəzifələrindən azad edilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, söhbət Ceffri Uebbe və Euxenio Fiqeredodan gedir. 

Hər ikisi FİFA vitse-prezidenti postundan azad edilib. 

Qeyd edək ki, təşkilata yeni prezidentin seçkiləri ərəfəsində ABŞ hökuməti FİFA-nı korrupsiyada ittiham edərək bir sıra yüksək vəzifəli məmurunu həbs etmişdi. Ümumilikdə 10-a yaxın məmur həbs olunub. "Korrupsiya qalmaqalından sonra ABŞ və İsveçrənin hakimiyyət orqanları ilə heç bir təmasım olmayıb".

FİFA-nın yenidən seçilən prezidenti Yozef Blatter isə bu gün Sürixdə keçirdiyi mətbuat konfransında bildirib ki, korrupsiya qalmaqalından sonra ABŞ və İsveçrənin hakimiyyət orqanları ilə heç bir təması olmayıb.

Son xəbərlər

Orphus sistemi