Yuxarı

​FİFA paytaxtın “Neftçi” klubunun xeyrinə qərar çıxarıb

Ali futbol qurumu Rusiyanın “Spartak” klubunun iddiasını rədd edib

Bakı. 14 oktyabr. REPORT.AZ/ FİFA Bakının “Neftçi” klubunun xeyrinə qərar çıxarıb.

"Report" xəbər verir ki, ötən il dekabrın 26-da Rusiyanın “Spartak” klubu “Neftçi”yə məktub ünvanlayaraq futbolçu Samir Məsimovun Moskva klubunda qeydiyyatda olduğunu əsas gətirərək futbolçunun Bakı təmsilçisi ilə ilk peşəkar müqavilə bağlamasına görə 42,541 avro məbləğində təzminat tələb edib.

Bu il fevralın 19-da Moskva klubu FİFA qarşısında tələb olunan təzminatın “Neftçi” klubu tərəfindən ödənməsi tələbi ilə vəsatət qaldırıb.

Uzun müddət davam edən prosesə “Neftçi” klubu tərəfindən təcrübəli vəkil cəlb olunub və “Spartak” klubunun FİFA-ya ünvanladığı iddianın tərkibində əsassız məqamların yer aldığı aşkarlanıb.

Oktyabrın 13-də FİFA tərəfindən “Neftçi” klubuna daxil olmuş məktubda ali futbol qurumunun Mübahisəli məsələlərin həlli şurası proseslə bağlı “Neftçi” klubunun haqlı olduğunu və “Spartak”ın iddiasının rədd edildiyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi