​FİFA Azərbaycanın daha bir klubunu cəzalandırıb

​FİFA Azərbaycanın daha bir klubunu cəzalandırıb AFFA-nın İntizam Komitəsi "Bakı"nın hesabından 6 xal silib
Futbol
13 Yanvar , 2016 17:53
​FİFA Azərbaycanın daha bir klubunu cəzalandırıb

Bakı. 13 yanvar. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi bu gün keçirilən iclasında Azərbaycan I Divizionunda mübarizə aparan "Bakı" klubunun 6 xalının silinməsi haqda qərar qəbul edib. 

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, buna futbolçu Adnan Barakatla bağlanmış müqavilə şərtlərinə riayət olunmaması səbəb olub.

FİFA yanvarın 11-də AFFA-ya məktub ünvanlayaraq FİFA-nın Nizam-İntizam Komitəsinin "Bakı" klubu haqqında qərar qəbul etdiyini bildirib. Nəticədə AFFA-nın İntizam Komitəsi müvafiq addımı atıb.

Qeyd edək ki, Adnan Barakat "Bakı"da 2010-cu ilin yanvarından 2011-ci ilin sonlarınadək çıxış edib. 

Son xəbərlər

Orphus sistemi