FİFA Audit Komitəsinin üzvü rüşvət aldığını etiraf etdiyi üçün vəzifəsindən kənarlaşdırılıb

FİFA Audit Komitəsinin üzvü rüşvət aldığını etiraf etdiyi üçün vəzifəsindən kənarlaşdırılıb Riçard Lay korrupsiya ilə bağlı məhkəmədə günahını etiraf edib
Futbol
28 Aprel , 2017 16:52
FİFA Audit Komitəsinin üzvü rüşvət aldığını etiraf etdiyi üçün vəzifəsindən kənarlaşdırılıb

Bakı. 28 aprel. REPORT.AZ/ FİFA Etika Komitəsi Quam Futbol Federasiyasının prezidenti Riçard Layı ali futbol qurumunun Audit Komitəsinin üzvü vəzifəsindən müvəqqəti kənarlaşdırıb. 

“Report” məlumatına görə, bu, R.Layın günahını korrupsiya işi ilə bağlı məhkəmədə etiraf etməsindən sonra baş verib.

O, futbol funksionerlərindən rüşvət almaqda ittiham olunur. Belə ki, istintaq məlumatlarına əsasən, R.Lay 2011-ci ildə Asiya Futbol Konfederasiyasının adı açıqlanmayan rəsmisindən 100 min dollar, 2009 - 2014-cü illərdə həmin qitədəki mütəlif məmurlardan 850 min dollar alıb.  

Hazırda ABŞ vətəndaşı olan funksioner bütün ittihamlar üzrə günahını etiraf edib. O, xarici bank hesablarını gizlətdiyini boynuna alaraq, 1 milyon dollar cərimə ödəməyə razılaşıb. 

Müvəqqəti kənarlaşdırılma növbəti qərarla daha 45 gün uzadıla bilər. 

Son xəbərlər

Orphus sistemi