FİFA Argentina Futbol Assosiasiyasını cərimələyib - VİDEO

FİFA Argentina Futbol Assosiasiyasını cərimələyib - VİDEO Buna səbəb azarkeşlərin DÇ-2018-in D qrupunda Xorvatiya ilə matç zamanı davada iştirak etməsidir
Futbol
26 İyun , 2018 12:05
FİFA Argentina Futbol Assosiasiyasını cərimələyib - VİDEO

Bakı. 26 iyun. REPORT.AZ/ FİFA Argentina Futbol Assosiasiyasını 90 min avro məbləğində cərimələyib. 

"Report" "Sky Sports" nəşrinə istinadən xəbər verir ki, buna səbəb azarkeşlərin DÇ-2018-in D qrupunda Xorvatiya ilə matç zamanı davada iştirak etməsidir. Fanatlar həmçinin meydana kənar əşyalar atıb və təhqiramiz ifadələr işlədiblər. 

Daha öncə Argentina millisinin bir qrup azarkeşinin Xorvatiya yığmasının fanatını döydükləri görüntülər yayılıb. 

Qeyd edək ki, Argentina yığması sözügedən matçda Xorvatiyaya 0:3 hesabı ilə məğlub olub. 

Son xəbərlər

Orphus sistemi