Yuxarı

FİFA korrupsiya hallarının araşdırılması ilə bağlı daxili hesabatını apreldə açıqlayacaq

FİFA korrupsiya hallarının araşdırılması ilə bağlı daxili hesabatını apreldə açıqlayacaq
22 ay ərzində aparılmış araşdırmalarla bağlı 1300 səhifəlik hesabat hazırlanıb

Bakı. 31 mart. REPORT.AZ/ FİFA korrupsiya hallarının araşdırılması ilə bağlı daxili hesabatını apreldə açıqlayacaq. 

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, 2015-ci il iyununda təşkilatın vəzifəli şəxslərinin həbsi ilə başlanan prosesdə 2,5 milyon sənəd incələnib və çoxsaylı şahidlər dindirilib.

22 ay ərzində aparılan araşdırmalarla bağlı 1300 səhifəlik hesabat hazırlanıb. Maddi sübutlar isə 20 min səhifədən artıqdır.

FİFA prezidenti Canni İnfantino bildirib ki, araşdırma hakim dairələrlə əməkdaşlıq çərçivəsində aparılacaq.

Qeyd edək ki, 2015-ci ilin mayında ABŞ-ın Federal Tədqiqat Bürosu (FTB) FİFA-ın bir sıra yüksək vəzifəli məmurlarını saxlayıb və 14 şəxsə korrupsiya ittihamı irəli sürülüb. Həbslər seriyası zamanı qurumun sabiq prezidenti Zepp Blatter postundan istefa edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi