FİFA 2026-cı il dünya çempionatının 40 ölkənin iştirakı ilə keçirilməsini müzakirə edəcək

FİFA 2026-cı il dünya çempionatının 40 ölkənin iştirakı ilə keçirilməsini müzakirə edəcək Mundial 3 ölkədə təşkil oluna bilər
Futbol
6 Sentyabr , 2016 18:00
FİFA 2026-cı il dünya çempionatının 40 ölkənin iştirakı ilə keçirilməsini müzakirə edəcək

Bakı. 6 sentyabr. REPORT.AZ/ Futbol üzrə 2026-cı il Dünya Çempionatı 40 yığma komandanın iştirakı ilə 3 ölkədə təşkil oluna bilər. 

"Report"un RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə FİFA prezidenti Canni İnfantino açıqlama verib. 

O bildirib ki, məsələ bu il oktyabrın 13-14-də İsveçrənin Sürix şəhərində keçiriləcək toplantıda müzakirə olunacaq. DÇ-2026-ya ABŞ, Kanada və Meksikanın birgə namizədlik verəcəkləri gözlənilir. 

Qeyd edək ki, hazırda dünya çempionatlarında 32 ölkə iştirak edir. UEFA isə 2016-cı il Avropa çempionatından etibarən komandaların sayını 16-dan 24-ə yüksəldib. AVRO-2020 isə qitənin 13 şəhərində, o cümlədən, Bakıda təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi