FİFA 2026-cı il dünya çempionatının iştirakçı komandalarının sayını artırır

FİFA 2026-cı il dünya çempionatının iştirakçı komandalarının sayını artırır Mundialda hər birində 3 komanda olmaqla, 16 qrup formalaşdırılacaq
Futbol
9 Yanvar , 2017 10:44
FİFA 2026-cı il dünya çempionatının iştirakçı komandalarının sayını artırır

Bakı. 9 yanvar. REPORT.AZ/ 2026-cı ildən futbol üzrə dünya çempionatı 32 deyil, 48 milli komandanın iştirakı ilə keçiriləcək. 

"Report"un "Globo"ya istinadən verdiyi məlumata görə, FİFA bununla bağlı qərarını yanvarın 10-da açıqlayacaq. Reqlamentə əsasən, mundialda hər birində 3 komanda olmaqla, 16 qrup formalaşdırılacaq. Hər qrupdan 2 ən güclüsü "pley-off"a yüksələcək. 

Avropaya 16, Afrikaya 9.5 (10-cu vəsiqəni qazanmaq istəyən digər qitə təmsilçisi ilə görüş keçirməlidir), Asiyaya 8.5, KONMEBOL-a 6.5, KONKAKAF-a 6,5, Okeaniyaya 1 yer verilib.  

Təklif olunan islahat dünya çempionatlarının maliyyə cəhətdən gəlirliliyini artırmalıdır. 

Qeyd edək ki, FİFA komanda sayının 40-a çatdırılma təklifini rədd edib. İndiyədək dünya çempionatı bir neçə formatda təşkil olunub. 1930-cu ildə Uruqvayda keçirilmiş mundialda 13 iştirakçı olubsa, 1934-cü ildə İtaliyaya 16 komanda toplaşıb. 1938-ci il dünya çempionatında 15, 1950-ci ildə 13 komanda çıxış edib. 1954-cü ildən 1978-ci ilədək 16 komanda mübarizə aparıbsa, 1982-ci ildə iştirakçıların sayı 24-ə çatıb. 1998-ci ildən isə mundiallarda 32 ölkə təmsil olunur.

Son xəbərlər

Orphus sistemi