FİFA 2022-ci ildə dünya çempionatı qışda keçiriləcəyi üçün klublara təzminat ödəyəcək

FİFA 2022-ci ildə dünya çempionatı qışda keçiriləcəyi üçün klublara təzminat ödəyəcək Kompensasiyanın ümumi məbləğinin 1 milyard avroya yaxın olacağı bildirilir
Futbol
17 Fevral , 2017 15:04
FİFA 2022-ci ildə dünya çempionatı qışda keçiriləcəyi üçün klublara təzminat ödəyəcək

Bakı. 17 fevral. REPORT.AZ/ Futbol üzrə dünya çempionatı 2022-ci ildə mövsümün ortalarında keçirilsə, FİFA Avropa klublarına üst-üstə 1 milyard avro təzmint ödəyəcək. 

"Report"un AS nəşrinə istinadən verdiyi məlumata görə, FIFA prezidenti Canni İnfantino bu məqsədlə Qətərə səfər edib.

Ali futbol qurumunun 47 yaşlı isveçrəli rəhbəri Dohada olduğunu müddətdə Qətər dövlətinin rəsmiləri ilə görüşərək, təzminatın məbləğini müzakirə edəcək.

Qeyd edək ki, daha əvvlə Avropa Klubları Assosiasiyası 2022-ci il dünya çempionatının 5 may - 4 iyunda keçirilməsini təklif edib. Lakin Qətər dövləti həmin tarixin Ramazan ayı ilə üst-üstə düşüyünü əsas gətirərək, təklifi qəbul etməyib. Nəticədə mundialın 21 noyabr - 18 dekabr aralığında təşkil olunmasına qərar verilib. Lakin bu müddət 213 klubu özündə birləşdirən ECA-nı razı salmayıb. 

Son xəbərlər

Orphus sistemi