Bakı. 24 oktyabr. REPORT.AZ/ FİFA 2017-ci il yığmasının tərkibinə daxil olan futbolçuların adlarını açıqlayıb.
“Report” xəbər verir ki, bu, təşkilatın Londonda keçirilən təntənəli mükafatlandırma mərasimində elan edilib.
FİFA-nın 2017-ci il yığmasının tam heyəti aşağıdakı kimidir:
- qapıçı Canluici Buffon ("Yuventus");
- müdafiəçilər: Dani Alves ("Pari Sen-Jermen"), Leonardo Bonuççi ("Milan"), Serxio Ramos və Marselo (hər ikisi "Real Madrid");
- yarımmüdafiəçilər: Luka Modriç, Toni Kroos (hər ikisi "Real"), Andres İnyesta ("Barselona");
- hücumçular: Neymar ("Pari Sen-Jermen"), Lionel Messi ("Barselona"), Kriştianu Ronaldu ("Real").