“Ferrari” “Formula 1”i tərk edə bilər

“Ferrari” “Formula 1”i tərk edə bilər Bakı. 15 mart. REPORT.AZ/ “Ferrari” komandası “Formula 1”i tərk edə bilər.
Futbol
15 Mart , 2018 17:50
“Ferrari” “Formula 1”i tərk edə bilər

Bakı. 15 mart. REPORT.AZ/ “Ferrari” komandası “Formula 1”i tərk edə bilər.

“Report” xəbər verir ki, bu barədə komandanın rəhbəri Serjio Markyonne “Speedweek”ə bildirib.

O deyib ki, “Ferrari”nin çıxışını Şimali Amerikada təşkil edilən “İndikar” seriyasında davam etdirməsi mümkündür: “ABŞ-da keçirilən seriyada zəngin iştirak tariximiz var. Nəyə görə yenidən “İndikar”da olmayaq? Biz bu imkanı hərtərəfli araşdıracağıq”.

Qeyd edək ki, “Ferrari” komandası 1950-ci ildən qatıldığı “Formula 1”də 15 dəfə qalib olub. Komandanın hazırkı pilotları almaniyalı Sebastyan Fettel və finlandiyalı Kimi Raykkonendir. “Formula 1” üzrə 2018-ci il mövsümünə martın 25-də Avstraliyada start veriləcək. Qran Prinin Azərbaycan mərhələsi 27 – 29 apreldə olacaq.

Son xəbərlər

Orphus sistemi