Fernando Alonso: "Ardanı "Real Madrid"də görməyi çox istəyirəm"

Fernando Alonso: "Ardanı "Real Madrid"də görməyi çox istəyirəm" "İspaniyalıların hamısı onun nə qədər istedadlı olduğunu bilir"
Futbol
9 Mart , 2016 12:56
Fernando Alonso: Ardanı Real Madriddə görməyi çox istəyirəm

Bakı. 9 mart. REPORT.AZ/ Bakıda səfərdə olan Formula 1 pilotu Fernando Alonso İspaniyanın "Barselona" klubunun futbolçusu Arda Turan barədə danışıb. "Report"un məlumatına görə, ispaniyalı ikiqat dünya çempionu türkiyəli jurnalistlərə açıqlamasında 29 yaşlı yarımmüdafiəçiyə təriflər yağdırıb.

O bildirib ki, Arda çox istedadlı oyunçu olduğundan, "Barsa"ya transfer edilib: "Onun gəlişi ilə Kataloniya komandası bütün oyunlardan qalib ayrılır. İspaniyalıların hamısı onun nə qədər istedadlı olduğunu bilir. Ardaya ən yaxşı şeylər arzulayır və böyük saqqalını sevdiyimizi bildiririk".

"Real Madrid" azarkeşi olan Alonso Turanı "kral klubu"nda görməyi çox istədiyini də vurğulayıb: "Barselona" ən yaxşı komanda deyil, amma Arda orada oynayır. Onu öz komandamda görməyi çox istəyirəm. Amma seçiminə hörmətlə yanaşmaq lazımdır".

Qeyd edək ki, Fernando Alonso 17 - 19 iyunda Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran Prisinin rəsmi elçilərindəndir. 

Son xəbərlər

Orphus sistemi