Bakı. 5 aprel. REPORT.AZ/ Türkiyənin "Fənərbaxça" klubunun futbolçularını aparan avtobus ötən axşam hücuma məruz qalıb.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə, ölkənin şimalında yerləşən Trabzon vilayətinin ərazisində baş verib.
Belə ki, "Rize" futbol klubu ilə qarşılaşmanı 5-1 hesablı qələbə ilə başa vuran komanda üzvləri, avtobusa minərək Istanbula yola çıxıb. Bu zaman naməlum şəxs artıq hərəkətdə olan avtobusa daş atıb. Bəzi məlumatlara görə isə avtobusa silahla atəş açılıb.
Nəticədə sürücü yaralanıb.
Komanda üzvlərindən heç kim xəsarət almayıb. Futbolçular İstanbula təyyarə ilə qayıdmalı olublar.