Bakı. 29 aprel. REPORT.AZ/ Türkiyənin "Fənərbaxça" futbol klubunun avtobusu növbəti dəfə fanatların hücumuna məruz qalıb.
"Report" "TGRT Haber"ə istinadən xəbər verir ki, insident "Bursaspor"la Türkiyə Kubokunun yarımfinal oyunu öncəsi baş verib.
Təqribən 30 nəfər komandanın avtobusunu daşa basıb. Futbolçulardan xəsarət alan olmayıb.
Aprelin əvvəlində İstanbul klubunun avtobusu atəşə tutulmuşdu.