Yuxarı

​"Fənərbağça" və "Şaxtyor" Çempionlar Liqasında mübarizəni dayandırıb

Turnirin III təsnifat mərhələsinə yekun vurulub

Bakı. 4 avqust. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinə bu gecə keçirilmiş 10 oyunla yekun vurulub.

"Report"un məlumatına görə, gecənin əsas hadisəsi Türkiyənin "Fənərbağça" və Ukraynanın "Şaxtyor" komandalarının Avropanın ən nüfuzlu klub turnirində mübarizəni dayandırmaları olub.

"Fənərbağça" evdə 2:1 hesabı ilə məğlub etdiyi "Monako"ya səfərdə 2 top fərqi ilə uduzub - 1:3. "Şaxtyor" isə İsveçrə "Yanq Boyz"u ilə görüşdə penaltilər seriyasından sonra təslim olub.

"Monako" (Fransa) və "Yanq Boyz" (İsveçrə) klublarından əlavə, "Kopenhagen" (Danimarka), "Styaua" (Rumıniya), "Hapoel" (Beer Şeva, İsrail), "Ayaks" (Hollandiya), "Zalsburq" (Avstriya), "Rostov" (Rusiya), "Seltik" (Şotlandiya) və "Legiya" (Polşa) da Çempionlar Liqasında "play-off"a yüksəlib. İlk oyun günündə bu hüquqa 5 komanda - "Viktoriya" (Çexiya), "Dinamo" (Zaqreb, Xorvatiya), APOEL (Kipr), "Ludoqorets" (Bolqarıstan) və "Dandolk" (İrlandiya) yiyələnib.

Məğlub komandalar, o cümlədən, "Viktoriya" səddini keçə bilməyən "Qarabağ" mübarizəni Avropa Liqasının "play-off" mərhələsində davam etdirəcək.

Çempionlar Liqası, III təsnifat mərhələsinin cavab oyunları

21:45. "Kopenhagen" (Danimarka) - "Astra" (Rumıniya) - 3:0

Qollar: Andreas Kornelius, 14, 45+2, Fedeeriko Santander, 34

İlk oyun - 1:1

21:45. "Styaua" (Rumıniya) - "Sparta" (Çexiya) - 2:0

Qollar: Nikolae Stanku, 31; 63

Qırmızı vərəqə: Yakub Brabek, 51 ("Sparta")

İlk oyun - 1:1

22:00. "Hapoel" (Beer Şeva, İsrail) - "Olimpiakos" (Yunanıstan) - 1:0

Qol: Şir Tsedek, 79

İlk oyun - 0:0

22:15. "Yanq Boyz" (İsveçrə) - "Şaxtyor" (Ukrayna) - 2:0 (PENALTİLƏRLƏ - 4:2)

Qollar: Yuyo Kubo, 24; 60

İlk oyun - 0:2

22:30. PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya) - 1:2

Qollar: Stefanos Atanasiadis, 4 - Davi Klaassen, 45+1 - penaltilərlə; 88

İlk oyun - 1:1

22:30. "Zalsburq" (Avstriya) - "Partizani" (Albaniya) - 2:0

Qollar: Conatan Soriano, 76. Masiel Vanderson, 81

İlk oyun - 1:0

22:45. "Anderlext" (Belçika) - "Rostov" (Rusiya) - 0:2

Qollar: Kristian Noboa, 28. Sərdar Azmun, 47

İlk oyun - 2:2

22:45. "Seltik" (Şotlandiya) - "Astana" (Qazaxıstan) - 2:1

Qollar: Li Qriffits, 45+3 - penalti ilə; Mussa Dembele, 90+2 - Agim İbrahimi, 62

Qırmızı vərəqə: İqor Şitov, 90+1 ("Astana")

İlk oyun - 1:1

22:45. "Legiya" (Polşa) - "Trençin" (Slovakiya) - 0:0

İlk oyun - 1:0

22:45. "Monako" (Fransa) - "Fənərbağça" (Türkiyə) - 3:1

Qollar: Valeri Jermen, 3; 65. Radamel Falkao, 18-penalti ilə - Emmanuel Emenike, 53

İlk oyun - 1:2

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi