"Fənərbağça" və "Qalatasaray" İstanbul derbisində heç-heçə edib

"Fənərbağça" və "Qalatasaray" İstanbul derbisində heç-heçə edib Görüş 0:0 hesabı ilə başa çatıb
Futbol
17 Mart , 2018 22:35
Fənərbağça və Qalatasaray İstanbul derbisində heç-heçə edib

Bakı. 17 mart. REPORT.AZ/ Futbol üzrə Türkiyə çempionatının 26-cı turunda "Fənərbağça" "Qalatasaray"ı qəbul edib.

“Report” xəbər verir ki, "Ülkər – Şükrü Saracoğlu" stadionunda baş tutan İstanbul derbisi 0:0 hesablı heç-heçə ilə başa çatıb.

"Qalatasaray" 26 turan sonra 54 xal toplayıb və Türkiyə Superliqasının turnir cədvəlində liderliyini davam etdirir. "Fənərbağça" 48 xalla 4-cü yerdədir.

Növbəti qarşılaşmada "Fənərbağça" səfərdə "Kayserispor", "Qalatasaray" isə evdə "Trabzonspor"la qarşılaşacaq. Hər iki oyun aprelin 1-də keçiriləcək.

Türkiyə Superliqası. 26-cı tur

"Fənərbağça" – "Qalatasaray" - 0:0

Son xəbərlər

Orphus sistemi