Bakı. 13 avqust. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" klubu yeni transferi haqda açıqlama yayıb. "Report"un klubun saytına istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi Ozan Tufanla danışıqların başladığını bildirib.
Məlumatda bildirilir ki, futbolçunun transferi üçün eyni zamanda klubu "Bursaspor"la da danışıqlar aparılır.
Qeyd edək ki, 20 yaşlı müdafiəçi Türkiyə yığmasının üzvüdür.