Yuxarı

​"Fənərbağça" rusiyalı futbolçu ilə müqavilə imzalayıb

Tərəflər 3 illik müqaviləyə qol çəkib

Bakı. 6 iyul. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" klubu alman əsilli rusiyalı futbolçu Roman Petroviç Noyştedterlə müqavilə imzalayıb. 

"Report"un klub saytına istinadən verdiyi məlumata görə, tərəflər 3 illik müqaviləyə qol çəkib.

İmza mərasimi bu gün Şükrü Saracoğlu adına İdman Kompleksində keçirilib.

28 yaşlı yarımmüdafiəçi Türkiyə klubuna keçidindən məmnun olduğunu, komandanın uğurlarında pay sahibi olmaq istədiyini bildirib: "Yarımmüdafiə və dayaq müdafiəçisi mövqeyində oynaya bilirəm. Ancaq baş məşqçimiz harada desə oynamalıyam. "Fənərbağça"nın uğurlarında pay sahibi olmaq istəyirəm. Böyük bir kluba gəldiyim üçün xoşbəxtəm".

Qeyd edək ki, Noyştedter Almaniyanın "Maynts", "Borussiya" (Münhenqladbax) və "Şalke" klublarında çıxış edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi